Mədəniyyət

Azərbaycanın Xaçmaz rayonunda orta əsr Lezgin qəbiristanlığında qızıl axtaranlar tarixi abidəni dağıdıb tökdülər

Azərbaycanda XII- XVII əsrə aid tarix dağıdılır. İstiPress-in Şimal bürosunun məlumatına görə, Xaçmazın Susayqışlaq kəndi ərazisində tarixi zona naməlum şəxslərin hücumuna məruz qalıb. Bu qədim tarixi ərazidə qədim qəbristanlıq, qədim qala, kurqan və yaşayış məskəni olduğu bildirilir. Bu barədə Susayqışlaq kənd sakini, Xudat texniki liseyinin tarix müəllimi Sərxan Qəribov məlumat verib.

Onun sözlərinə görə, təxminən 13-14 ildir ki, bu tarixi ərazidə naməlum adamlar qızıl axtarmaq adı ilə kor-təbii qazıntı aparır. “Axı bu qədim qəbirlərdə qızıl olması barədə şayiələr yayaıblar. Kimliyi bilinməyən şəxslər də tarixi məzarlığı son 14 ildə bərbad hala salıblar. Qədim insan sümükləri və saxsı əşyalar vaxtaşırı qazıldığından üzə çıxıb”.

Məsələ ilə bağlı şimal zonasında,xüsusən Quba məzarlığında xüsusi araşdırma və arxeoloji qazıntı aparmış Azərbaycan Milli EA-nın Arxeologiya və Etnorqafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayevlə əlaqə saxladıq. Həmin ərazinin naməlum şəxslər tərəfindən dəfinə axtaranlar tərəfindən qazılmasını tariximizə qarşı cinayət, hörmətsizlik və sui-qəsd adlandıran Q.Ağayev bu məsələnin ciddi araşdırmaya ehtiyacını olduğunu deyib.

Xaçmaz icra başçısının Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mirzə Şahbazov isə meşəlik ərazidə yerləşən tarixi ərazidə heç bir qazıntı aparılmadığını bildirib. İcra başçısının birinci müavini Yetkin Mehmanov isə adıçəkilən ərazidə kimlərinsə qızıl axtarmağından xəbərsiz olduğunu, lakin tarixi ərazi ilə bağlı araşdırma aparılacağını dedi. Onun sözlərinə görə,araşdırmalar zamanı ərazinin qazıldığı təsdiqlənsə və zərurət yaransa, rayona arxeoloqlar rəsmi olaraq dəvət oluna bilər.

Qeyd edək ki,  məqalədə bu sahənin “qədim türklərin yaşayış yeri” kimi təyin olunmasına baxmayaraq, bu günə qədər yaşayan avtokratik ləzgi dilli xalqlar tarixən məskunlaşmışdır.

Daha çox göstər
Back to top button