QHT rəhbəri: “Azərbaycan demokratik dövlət olmaqdan çox uzaqdır”
Aktivist, Qəbələ şəhərində “İnşaat işçiləri itiffaqı” qeyri-hökumət ictimai təşkilatının rəhbəri Şahin Cavadov bildirib ki, Azərbaycanda demoktaiya hələ də mövcud deyil. Bu barədə “Global Voices” yazıb. Xüsusən,o deyir ki, Azərbaycanda dəyişikliklərin olacağına ümid edir, amma qanun fikirləri pessimistdir: “Normal demokratik ölkələrdə gördüyümüz mübarizənin bütün yolları Azərbaycanda əlçatmazdır. Seçkimi? Yox. Qanunun aliliyi? Yox. İctimai rəy? Yox. Hökumət öz xalqından asılı deyil. Bu acı həqiqətdir”- deyə Cavalov bildirib.
Son bir neçə illərdə Azərbaycan hökuməti ölkədə vətəndaş cəmiyyəti sektoruna müdaxilə edib, xüsusilə də xarici maliyyələşməni məhdudlaşdırır ki, bu da ölkənin bəzi görkəmli QHT-larının bağlanmasına səbəb olub. Avqust ayında Transparency International-ın yerli şöbəsi demək olar ki, bağlandı və digər qeyri-hökumət təşkilatlarının Azərbaycanda əhəmiyyətli dəyişikliklər etmək ümidini qırdı.