İctimaiyyət
Şəkidə əhali ayağa qalxdı
Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.
“Azadliq.info” saytına əsasən, yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir. “Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır.
Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir.