Siyasət

Silahlanma əldə etmək məqsədiylə RF ilə kredit razlaşması ER hökumətinin təsdiqinə təqdim olunub

ER hökuməti noyabrın 16-da keçiriləcək iclasda 2017-ci il oktyabr ayının 24-də imzalanmış “Ermənistan Respublikası və Rusiya Federasiyası arasında: Ermənistan Respublikasına dövlət ixracetmə krediti vermək barədə” razlaşmanın təsdiqləməsi və Milli parlamentə təqdim olunması məsələsini müzakirə edəcək.

ER hökumətinin gündəliyində həmçinin razlaşmanın təsdiqləməsi barədə Ermənistan Respublikasının qanun layihəsinin təcili olduğu məsələdir.

ER hökuməti  oktyabrın 13-də qeyd edilmiş razlaşmanın imzalamasına razılıq verib. Bu razlaşmayla Rusiya müasir silahlanma və texnika əldə etməsi və  təchizat maliyyələşməsi üçün Ermənistana 100 mln dollar yeni dövlət ixracetmə  krediti verir.

Razlaşmaya əsasən, ER Müdafiə nazirliyi və “Rosoboroneksport” ASC arasında adı çəkilən  müasir silahlanma və texnikanın təmin edilmə proseduru,  hərbi texnikanın tətbiqinə aid olan məlumatın təmin edilmə şərtləri, tərəflərin öhdəlikləri, təmir və texnikanın saxlanma öhdəlikləri, əldə etmək  üçün ödənişləri və digər məsəslələrlə bağlı fərdi qaydada müqavilələr imzalanacaq.

Rusiya Federasiyası hökumətiylə 2015-ci il iyun ayının  26-da silahlanma əldə etmək üçün 200 mln dollar kredit razlaşması imzalanıb.

 

Daha çox göstər
Back to top button