Mədəniyyət

Bakıda ermənilər faciəsi barədə kitab türkcə nəşr edilə bilər

Noyabrın 13-də Moskvada amerikan-erməni yazıçı Anna Astvatsatryan-Terkotun “Naməlum yerə mühacirət” («Изгнание в никуда») kitabının prezentasiyası  keçirilib. 1988-1992-ci illərdə Azərbaycanda  ermənilərin faciəsi ilə bağlı kitab türkcəyə tərcümə edilə bilər. “ Mən nəzərdə tuturam ki, bu kitab turkcəyə tərcümə edilsin. Hər kəs məndən ermənicə tərcüməsi haqqında soruşur, amma ermənilər bu  təfsilatı daha yaxşı bilirlər”- deyə Sputnik Armenianın müxbir ilə söhbətində Anna qeyd edib.

Azərbaycanda baş vermis  erməni qırğınları bu hadisələri görüb yaşayan  10 yaşlı bir qızcığazın  üzündə əks olunur. “Nəməlum yerə mühacirət” kitabım,mənim  10-14 yaşına qədər yazdığım həyat gündəliyim əsasında yaradılıb. İlk dəfə kitab 2012-ci ildə ingiliscə nəşr edilib, 2016-ci ilin dekabrında  isə ruscaya tərcümə edilib”- deyə Anna əlavə edib. Müəllifin sözlərincə, kitabdakı xatirələrini  öz  gələcək uşaqları üçün yazıb.

Anna Astvatsatryan-Terkot Bakıda 1978-ci ildə anadan olmuşdur. O, 1990-cı ildə ermənilərin qırğınlarından xilas olaraq öz ailəsiylə ABŞ-a qaçmağa məcbur olub. Amerikada o aktiv şəkildə Artsaxı dəstəkləmək mövzusuyla çıxış edib. O, ABŞ-ın Konqresində və Avropa Parlamentində insan haqları, beynəlxalq hüquq, Azərbaycanda anti-erməni siyasəti barədə məruzələr səsləndirib.

Daha çox göstər
Back to top button