Ermənistan-Niderland münasibətlərin inkişafı üçün böyük potensial var: Ara Babloyan
ER parlamentinin sədri Ara Babloyan ümid edir ki, Niderland Krallığının Senat sədri Anki Brukers-Knollin Ermənistana etdiyi səfər iki ölkənin parlamentlərarası əlaqələrinin güclənməsinə töhfə verəcək. Bu barədə parlamentin sədri niderlandlı həmkarı ilə parlamentdə birgə bəyanatla çıxış edərkən bildirib.
“Görüşümüz olduqca səmərəli idi və əminəm ki, gələcəkdə yaxşı nəticələri olacaq. Biz əməkdaşlarımızla ölkələrimiz arasındakı sadəcə ikitərəfli deyil, çoxtərəfli formatlarda da beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa əhəmiyyət veririk”,-deyə Ara Babloyan qeyd edib.
Parlament sədrinin sözlərinə görə, Ermənistan və Niderland arasındakı münasibətlərin inkişafı üçün böyük potensial var. Əməkdaşlıq üçün iqtisadi, elmi, təhsil və mədəniyyət sahələrinə geniş imkanlar var.