Siyasət

M. Zaxarova: “Lavrov ikitərəfli münasibətləri müzakirə edəcək”

Rusiya Xİ naziri S. Lavrov Azərbaycanda öz səfəri zamaı ikitərəfli münasibətləri müzakirə edəcək.  Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.  Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.  O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: “Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq”.

M. Zaxarova Rusiyanın digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına, tərəflər üçün məqbul sayılan həll yolunun tapılmasına yardım etməyə davam etdiyini vurğulayıb.

Daha çox göstər
Back to top button