Siyasət

Moskvada Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləriylə görüşü keçirilir

Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun  ATƏT-in Minsk qrupunun həmsədrləriStefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şoferlə (ABŞ) görüşü başlayıb.

Mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunur.

Qeyd edilir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Daha çox göstər
Back to top button