Ermənistan və Rusiya iki ölkə arasında çoxtərəfli əməkdaşlığın yüksək qiymətləndirilməsində birləşirlər. İkitərəfli əlaqələr birətəfli və çoxtərəfli formatda, o cümlədən – MDB, KTMT və Avrasiya İqtisadi Birliyi təşkilatlar çərçivəsində uğurla və dinamik şəkildə inkişaf edir. Bu haqda Tretyakovskaya qalereyasında “Rusiyada Ermənistan günləri”-nin təntənəli açılış tədbirində öz çıxışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib.
“Rusiya və Ermənistanı həqiqətən müttəfiq münasibətləri birləşdirir. Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlıq və bütün istiqamətlərdə strateji tərəfdaşlığın güclənməsi üçün çalışır. Bizi ümumi əsrlik tariximiz, mənəvi dostluğumuz, və ənənələrimizə qarşı olan maraqlarımız birləşdirir. Əsrlər boyu dərinləşən insani, dostluq, ailə münasibətləri nəsillərdən-nəsillərə keçir. Təsadüfi deyil ki, humanitar əməkdaşlığa, mədəniyyət, təhsil və incəsənət sahələrində sıx əlaqələrin saxlanmasına xüsusi diqqət yetiririk”,-deyə Putin qeyd edib.
“Ermənistanın mədəniyyət günləri Rusiya vətəndaşlarına dost ölkəmizin tarixi-mədəni irsi ilə tanış olmaq üçün bir imkan yaradırlar”. Putin vurğulayıb ki, məhz bu cür mədəniyyət günləri kimi açıq tədbirlər iki ölkəni yaxınlaşdırır, birləşdirir, dostluğu və əməkdaşlığı günləndirir.
Purin ER Prezidentinə 1995-ci ildə Yerevandakı Rus İncəsənət Muzeyindən oğurlanmılş Mixayil Vrubelinin məşhur rəsmini verib.