Siyasət

Zaxarova: Lavrov Nalbandyanla DQ münaqişəsinin nizamlanma prespektivlərini müzairə edəcək

Rusiyanın Xİ naziri Sergey Lavrov noyabrın 20-21-də Yerevana rəsmi səfər edəcək. Yerevanda Lavrov ER Xİ naziri Edvard Nalbandyan və ER Prezidenti Serj Sarkisyanla görüşəcək. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə RF Xİ naziri Sergey Lavrovun Yerevana və Bakıya səfərlərinə toxunurkən bildirib.

İkitərəfli danışıqların gündəmində iki ölkə arasında əməkdaşlığın geniş alanı, ATƏT, KTMT və MDB istiqamətlərində xarici siyasi əməkdaşlığına dair məsələlər, BMT, ATƏT, Avropa Şurası, Karadeniz Ekonomik İşbirliği Teşkilatı və digər beynəlxalq alanlar çərçivəsində mövqelərin kordinasiyası olacaq. Zaxarova həmçinin qeyd edib ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir.

Xarici İşlər Nazirliklərinin rəhbərləri regional təhlükəsizliyin məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prespektivlərini müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button