Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə razılıq veriblər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri dekabrın 6-8-də Vyanda görüşəcəklər. Bu haqda bu gün Ermənistan Respublikasının xarici işlər naziri Edevard Nalbandyan qeyd etdi.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrin 6-8-də Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər”- deyə Nalbandyan qeyd etdi. O vurğulayıb ki, iki tərəf də görüşə razılıq veriblər.

ER xarici işlər naziri yenidən təsdiq etdi ki, Ermənistan üçün danışıqlar porsesinə alternativ yoxdur.

“Biz münaqişənin sülh yolu ilə nizamlnamasına yönəlmiş həmsədr ölkələrinin vasitəçilik səylərinə əhəmiyyət veririk. Həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşü bu kontekstdədir. Biz bildirdik ki, görüş ərzində Cenevrə, Sank-Peterburq və Vyanada əldə olunmuş razılıqlarının həyətə keçirilməsinin imkanları müzakirə olunacaq”- deyə E. Nalbandyan qeyd etdi.

Daha çox göstər
Back to top button