Təhlil
Brayza: Dağlıq Qarabağ ABŞ və Rusiyanın əməkdaşlığına nümunədir
Dağlıq Qarabağ və terrorizmlə mübarizə ABŞ və Rusiyanın mütləq əməkdaşlığına nümunədir. Bu barədə “RİA Novosti” xəbər agentliyinə Avropa və Avrasiya üzrə Dövlət katibinin köməkçisinin sabiq müavini Metyu Brayza bildirib.
“Bizim Gürcüstandakı münaqişəyə (2008-ci ildə Cənubi Osetiya və Abxaziya – red.) yanaşmamız tam ziddir, lakin eyni zamanda, biz Dağlıq Qarabağ və terrorizmlə mübarizə məsələlərində tam əməkdaşlıq edirik”, – deyə Brayza bildirib.
Qeyd edək ki, Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT-in Minsk qrupunun həmsədri olub.