Siyasət

Dağlıq Qarabağ münaqişəsi Minsk Qrupu çərçivəsində atəşkəsin saxlanılması ilə həll olunmalı: Braziliya XİN

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində atəşkəsin saxlanılması ilə həll olunmalıdır. Bu barədə bu gün ER Xİ naziri Edvard Nalbandyan ilə birgə mətbuat konfransında Braziliya Xarici İşlər naziri Aloizio Nunes Fereira bildirib.

“Mövqeyimiz aydındır. Braziliya sülhsevər ölkədir və sülh yolu ilə, beynəlxalq hüquqlar çərçivəsində həllinə dəsətk verir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşünürük ki, məsələ ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində həll olunmalı və atəşkəs saxlanılmalıdır”,-deyə Braziliya Xİ naziri qeyd edib.

Daha çox göstər
Back to top button