Siyasət

ER MN nümayəndə heyəti BMT-nin Sülhməramlıq üzrə Nazirləri Konfransında iştirak edib

Kanadanın Vankuver şəhərində BMT-nin Sülhməramlılıq üzrə Nazirləri Konfransı başa çatıb. Konfransda Ermənistan Respublikasının müdafiə naziri Vigen Sargsyanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Ermənistan sülhməramlı missiyalarda maksimum səy göstərən müstəsna ölkələrdən biridir. Ölkəmiz bu proqramların keçirilməsinə əhəmiyyət verərək öz iştirakını davam etməyə hazırdır.

“Livanda “Yunifil”, Malide “Minusma” və NATO-nun rəhbərliyi ilə Kosovada və Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyalara güc verməklə yanaşı Ermənistan gələcəkdə beynəlxalq bir sülhməramlı təlim mərkəzi olaraq sertifikatlaşdırmaq üçün milli sülhməramlı təlim mərkəzini yaradır və BMT-nin sülhməramlı missiyalarına qoşulmaq üçün iki yeni imkan yaradır”,-deyə konfrans zamanı çıxış edərkən ER müdafiə naziri Vigen Sargsyan əlavə edib ki, 2015-ci il sentyabrında Ermənistanın iki öhdəliyi artıq BMT-nin sülhməramlılık imkanlarının hazırlıq sisteminə qeydə alınmış və 1-ci səviyyə statusu almışdır.

Daha çox göstər
Back to top button