Təhlil

ER Prezidenti İT sektorunda qlobal töhfəsi üçün 2017-ci ildə ER Prezidentinin mükafatını alan Toni Fadeli qəbul edib

ER Prezidenti Serj Sarkisyan İnformasiya Texnologiyaları (İT) sahəsində qlobal töhfəsi üçün Ermənistan Respublikası Prezidentindən 2017-ci ildə mükafat alan “Nest Labs” şirkətinin qurucusu Toni Fadeli qəbul edib. Serj Sarkisyan qeyd edib ki, İnformasiya Texnologiyaları sahəsində qlobal investisiyalar üçün Ermənistan Respublikası Prezidentinin mükafatı erməni xalqının sivilizasiyanı irəli sürən insanlara qzrşı minnətdarlığını əks edir.

Toni Fadel Preziodentə qəbul üçün təşəkkür edərək qeyd edib ki, artıq ER Baş naziri ilə görüşüb və Ermənistanda İT sektorun, xüsusilə də elektronik idarəetmə sistemində aparılan yenilikləri haqqında xəbərdardır.

“Siz ölkənizi xarici dünya üçün açmalısınız. Sizin təhsil sisteminizdə fizika, riyaziyyat və digər dərslər yaxşı yer tutur və bu, sizə böyük uğurlar əldə etmək üçün yeni imkanlar verir. Mən düşünürəm ki, mənim qurduğum startup-ları bura gətirərərk yeni imkanlar əldə edə bilirik”,-deyə Toni Fadel vurğulayıb ki, Ermənistana yenidən gəlmək istəyir və ER Prezidentindən Ermənistana necə yardım edə biləcəyini soruşub.

Daha çox göstər
Back to top button