Siyasət

ER SQ çox miqdarda “İqla-S” portativ zenit-raket kompleksləri əldə etmişdir

Son bir ildə, Ermənistan ön xəttində yerləşdirilmiş hərbi hissələrin havadan hücumundan müdafiə sistemlərini böyük miqdarda “İqla-S” və ya “İqla-Super” portativ zenit-raket kompleksləri ilə təchiz edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin “Hay zinvor-Erməni əsgəri” rəsmi qəzetinə müsahibəsində Ermənistan hava hücumundan müdafiə qoşunlarının rəis müavini polkovnik Artur Poğosyan bildirib.

Müxtəlif ölkələrlə yeni sazişlərin olduğunu bildirən Poğosyan, artıq cəbhə xəttinin birinci eşalonunda yerləşən batalyonların sözügedən komplekslərlə təchiz edildiyini deyib.

Artur Poğosyanın sözlərinə görə, “İqla-S” uzaq məsafədə hədəfi vura bilir və hədəfi tamamilə məhv edə bilər.

“Bizim aldığımız “İqla-S” sistemləri yenidir və uzun illər heç bir problem olmayacaq. “İqla-S” portativ zenit-raket kompleksləri gecə saatlarında belə öz hədəfinə vura bilərlər, çünki “Maugli” ilə təchiz olunublar”,-deyə polkovnik Artur Poğosyan qeyd edib.

Daha çox göstər
Back to top button