Siyasət

Meksika Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan səyləri dəstəkləyir

Meksikada ER səfiri Ara Ayvazyan noyabrın 16-da Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin və Xarici Əlaqələr üzrə Komitəsinin sədri Viktor Manuel Jiorgana Ximenes ilə görüşüb.

Görüş zamanı tərəflər Ermənistan-Meksika dövlətlərarası münasibətlrəinin inkişafında parlamentlərarası əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. Tərəflər qeyd ediblər ki, son illər ərzində Ermənistan və Meksika qanunvericilik orqanları arasında fəal dialoq  qurulub, bu dialoqların nəticəsində isə iki parlamant arasındakı əməkdaşlıq gündəmi formalaşdırılıb.

Səfir Ayvazyan Meksika Deputatlar Palatasında Ermənistan ilə dostluq dairəsinin  nümayəndə heyətinin Ermənistan və Artsaxa səfərinə böyük əhəmiyyət verib. Bu səfər müxtəlif sektorlarda əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni prespektivlər yaradıb.

Deputatlar Palatasının sədri və Meksikada Ermənistan Respublikasının səfiri Dağlıq Qarbağ münaqişəsinin nizamlanması prosesi inkişaf etdirmək üçün atılan addımlara dair fikir mübadiləsi aparıblar. Aşağı palatanın sədri vurğulayıb ki, konstitusiyasında millətlərin öz müqəddəratını təyin etmək hüququnu müəyyən edən Meksika dost ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan səyləri dəstəkləyir.

Daha çox göstər
Back to top button