Siyasət

Səfir: ABŞ Minsk qrupunun fəal həmsədri olmaqda davam edir

ABŞ ATƏT-in Minsk qrupunun fəal həmsədri olmaqda davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.

ABŞ-ın Minsk qrupunda həmsədrliyinin dayandırılması barədə bəyanata gəlincə, diplomat bildirib ki, bu məsələdə çox spekulyasiya edilir:

“Mən bu spekulyasiyasını şərh etmək istəməzdim. Biz ATƏT-in Minsk qrupunda fəal həmsədr olmuşuq, fəal olmaqda davam edirik və olacağıq. ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin edilib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların bilavasitə iştirakçısıdır”.

R.Sekuta əlavə edib ki, Birləşmiş Ştatlar həmsədrlərdən biri kimi bu məsələdə fəal rolunu davam etdirəcək.

Daha çox göstər
Back to top button