Təhlil

Sayt rəhbərləri: Azərbaycanda 15-ə qədər sayta giriş bloklanıb

Azərbaycan daxilində girişi bloklanan bir sıra saytların rəhbərləri noyabrın 16-da “Turan” İnformasiya Agentiyində olublar və bu sahədəki durumla bağlı açıqlama veriblər.

Sayt rəhbərləri saytların bloklanmısına səbəkar kimi ölkədə media sahəsinə rəhbərlik edən Prezident Adminstrasiyası ictimi-siyasi şöbəsinin, Mərbuat Şurası (MŞ) və KİV-lərin İnkişafına Dəstək Fondunun adlarını çəkirlər: “Bizim rəhbərlik etdiymiz saytların bloklanmasına səbəb bu adlarını çəkdyimiz qurumlar, bəzi məmurlar barəsində tənqidi yazılar dərc etməyimiz, qarşı tərəfin təkidlərinə baxmayaraq həmin materialları internet resursdan götürməməyimiz olub. Buna görə də saytlarımızın adları “qara siyahı”ya salınıb, arxasınca da blolkanıb”.

Sayt rəhbərləri realliq.inforealliq.azNİA.azneytral.azpolitika.azvediinfo.azobyektiv.orgsonolay.org24saat.orgulus.azqanunxeber.azinfoaz.orgxalqinsesi.com və aztoday.az saytlarının bloklandığını bildiriblər.

Onların sözlərinə görə, bu hələ bloklandığı məlum olan saytardır, bir çox saytlar var ki, onlar da bloklanıblar.

Sayt rəhbərləri bağlanmaları mexanimzlərini belə izah edirlər ki, MŞ-sı bu saytların adlarını “qara siyahı”ya salıb, daha sonra isə Naliqyyat, Rabitə və Yüksək Texnologiyalar Nazrilyinə müraciət edib, nazirlik isə hər hansı araşdırma aparmadan saytlara girişləri bloklayıb.

Sayt rəhbərləri MŞ-nı əsas missiyası olan jurnalist mənafeyini müdafiə etməməkdə suçlayıblar: “Mətbuat Şurası uzun müddətdir ki, jurnalistlərin yox, məmurlaırn maraqlarını müdafiə edir və bu, faktiki qurumun öz missiyasından imtina etməsi deməkdir. Mətbuat Şurası dah çox media qurumlarını və jurnalistləri cəzalandımaq mexanizminə çevrilib”.

Sayt rəhbərləri deyirlər ki, MŞ-sı ictimai təşkilat statuslu qurumdur, amma hüquq-mühafizə oqranlarına müraciət edərək media qurumlarını və jurnalsitləri cəzalandırmağa nail olur, onlara ram olmayan saytları ölkə rəhbəlriyinə düşmən kimi təqdim edirlər.

Sayt rəhbərləri dövlət başçısı İlham Əliyevə müraciətlərində ölkə mediasına rəhbərlik edən qurum rəhbərlərinin özbaşınalığına son qoymasını xahiş edirlər.

Eyni zamanda sayt rəhbərləri hər hansı məhkəmə qərarı olmadan saytlara girişi blokladığına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə vermək niyyətindədirlər.

Xatırladaq ki, bu ilin yazında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq Radiosu”, Meydan.TV, Turan.TV, “azadlıq-info” saytlarını, həmçinin “Azərbaycan saatı” verilişini bloklamışdı. Sonradan bu bloklama məhkəmə bu qərarı təsdiq edib.

Daha çox göstər
Back to top button