Mədəniyyət

Ana dilini öyrənmək hüququ: Türk mətbusu Türkiyədə milli azlıqların məktəblərinin vəziyyətinə toxunub

Ən çox oxunan türk “Hürriyyət” mətbusu Türkiyədə din azlıqları məktəblərinin problemlərinə toxunub. Bu problemlərlə hər gün erməni, yunan,  assuriya və yəhudi icmaları üzləşir.

Türk mətbusu Lozan müqaviləsinin 41-ci maddəsini istinad edib. Bu maddəyə əsasən, türk hakimiyyətləri digər din olan vətəndaşlara bu hüququn həyata keçirilməsində mümkün olduğu qədər dəstəkləməlidir. Amma erməni, yunan,  assuriya və yəhudi icmalarının bir sıra nümayəndələri türk mətbusuyla söhbətində təsdiqləyib ki, öz ictimai məktəblərini həm maddi, həm də bürokratik bir sıra problemlər səbəiylə böyük fədakarlıqlarla və çətinliklərlə saxlayır.

Osman imperiyasında 1894-cü ildə  qeyri-müsəlman xalqlara aid 6 min 437 məktəb var idi. Bu gün Türkiyədə  din azlıqlarına aid 24 məktəb var. Bunlardan 16 məktəb ermənicədir. Təxminən 60 min İstambul ermənilərindən   5000-6000-i şagirdlərdir, onlardan 3000 erməni, qalanları isə türk dövlət məktəblərinə gedir. Erməni Dadyan  məktəbinin nümayəndələrindən Arsen Arşık qeyd edib ki, bu gün erməni məktəbləri yalnız müxtəlif bəxşişlər sayyəsində saxlanılır.

Daha çox göstər
Back to top button