Siyasət

Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistan və Azərbaycana səfərində DQ münaqişəsinin nizamlanma prosesini müzakirə edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək.

Avropa İttifaqının mətbuat ofisindən verilən məlumata görə, T. Klaar Bakı, Yerevan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. Bildirilir ki, Ermənistan və Azərbaycana səfərdə DQ münaqişəsinin nizamlanma prosesi də müzakirə olunacaq.

Daha çox göstər
Back to top button