Ekonomika

ER müdafiə sektorunun ayrılmalarının 17 % artımı sülh və investisyaların təminatına yönəldiləcək

2018-ci ilin dövlət büdcəsində  müdafiə sahəsinin ayrılmalarının artırılması əhalinin təlükəsizliyi və investisiyaların artımına yönəldiləcək. Jurnalistlər ilə görüşündə Milli Parlamentin Maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komitənin sədri Gagik Minasyan deyib. Ayrılmaların artımı 2017-ci ildə 17% təşkil edəcək.

“Artım iki faktorla şərtlənir. Əgər biz investisiyalar təmin etməyə çalışsaq, investoru mümkün mənfi inkişaflardan  təmin etməliyik. Müdafiə sahəsində isə əlverişsiz vəziyyət investorlar üçün çox təhlükəlidir. Eyni zamanda, bizim  həll edilməmiş məsələlərimiz var və bu vəsaitlərlə əhalimizin sülhsevər fəaliyyətini, hərbçilərimizin  sülh xidmətini təmin edəcəyik”- deyə Gagik Minasyan bildirb.

2017-ci illə müqayisədə gələcək ilin dövlət büdcəsinin artımı təxminən 100 mlrd dramdır. Bu vəsaitlər müdafiə sahəsi ilə  yanaşı iqtisadi sektora,  xüsusən kənd təsərüfatı, yol tikintisi və suvarma sahələrinə  yönəldiləcək.

Daha çox göstər
Back to top button