Siyasət

Erməni Soyqırımının pislənməməsi Hitlerin faşizminə səbəb oldu: Şarmazanov

Ereməni Soyqırımının pislənməməsi Hitlerin faşizminə səbəb oldu. Bunu Belarus Parlamentinin Nümayəndələr palatasının sədr müavini, parlamentlərarası komissiyasının həmsədri Boleslav Priştuk ilə görüşdə ER Parlamentinin sədr müavini, ER Parlamenti və Belarus Respublikası Parlamenti arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının həmsədri Eduard Şarmazanov bildirib. Görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı, müxtəlif beynəlxalq alanlarda əməkdaşlıq, iki ölkənin siyasi və iqtisadi əlaqələri ilə bağlı məsələlər müzakirə olunub. ER Parlamentinin vitse-prezidenti KTMT PA-da və MDB Parlamentlərarası Assambleyasında iki ölkə parlamentlərin sıx əməkdaşlığın əhəmiyyətinə toxunub.

ER Parlamentinin vitse-prezidenti qeyd edib ki, gələcək il BMT Baş Assambleyası tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyasının qəbul olunmasının 70-ci il dönümüdür və bu münasibətilə soyqırımları tənqid edən bir çox təşəbbüslər olacaq. “Keçmişi tanımadan və Erməni Soyqırımını pisləmədən yeni soyqırımların qarşısınıl alına bilməz. Biz soqırım siyasətini, faşizmi və nazizmi qınamalıyıq. Erməni Soyqırımının pislənməməsi Hitler faşizminə səbəb oldu”,-deyə Şarmazanov vurğuladı.

Daha çox göstər
Back to top button