Siyasət

Lavrov: “ABŞ-Rusiya münasibətlərinin bəzi sahələrdə dalana dirənməsinin Qarabağ məsələsində əməkdaşlığa təsiri yoxdur”

ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.

Xatırladaq ki, RF xarici işlər naziri Sergey Lavrov noyabrın 20-21-də Ermənistana səfəri zamanı  Ermənistan Respublikasının Prezidenti Serj Sargsyan və xarici işlər naziri Edvard Nalbandyan ilə görüşəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prespektivləri müzakirə ediləcək.

 

 

Daha çox göstər
Back to top button