Siyasət

Artsax Prezidenti Fransanın Alforvili və Berdzor arasında dostluq bəyannaməsinin imzalanmasında iştirak edib

Artsax Respublikasının Prezidenti Bako Sahakyan noyabrın 20-də Fransanın Alforvil şəhərinə gedib və Alfovril ilə Berdzor arasında dostluq bəyannaməsinin imzalanma  mərasimində iştirak edib. Prezident Sahakyan öz çıxışında dostluq bəyannaməsini Artsax üçün siyasi, hüquqi və  mənəvi baxımından əhəmiyyətli hadisə olaraq qiymətləndirib. Onun sözlərinə görə, bu hadisə ilk nöbədə dost ölkə olan Fransa ilə əlaqələrin güclənməsi və inkişafı üçün əsas təməllərdəndir.

“Fransa və onun inzibati rayonları ilə əməkdaşlıq bizim xarici siyasətimizin əsas istiqamətlərindəndir və bacı şəhərlər siyahısı və coğrafiyasının genişlənməsi, onlarla əlaqələrin genişlənməsi bu siyasətin əsas maddələrindən biridir”,-deyə dövlət başçısı qeyd edib.

Prezidentın sözlərinə görə, Alforvil şəhəri ilə əməkdaşlığında artıq bir sıra önəmli epizodlar olub. Bu konteksdə Bako Sahakyan 2016-cı il sentyabrında Lyuk Karvunasın başçılıq etdiyi nümayəndə heyətinin Artsaxa səfəri və Aprel müharibəsi zamanı Alforvildə Artsaxı dəstəkləyən və Azərbaycan zorakılıqlara qarşı olan aksiyaların keçirilməsini qeyd edib. Artsax Respublikası Prezidenti qeyd edib ki, bütün bu olanlar dünyaya mədəni cəmiyyət üçün aqressiyanın qəbuledilməz olduğunu bir daha da göstərib.

Daha çox göstər
Back to top button