Siyasət

ATƏT-in baş katibi: “Qarabağ münaqişəsini diqqətlə izləyirik”

“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”. Bunu “RBK”-ya müsahibəsində ATƏT-in yeni baş katibi Tomas Qreminger bildirib.

“Biz baş verənləri çox diqqətlə izləyirik. Bizdə xüsusi alət – ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşikin rəhbərlik etdiyi missiya var ki, onun əməkdaşları təmas xətti boyunca vəziyyəti diqqətlə müşahidə edirlər”, – deyə Qerminqer qeyd edib.

Eyni zamanda ATƏT rəhbəri münaqişənin həlli yollarının axtarışlarına cəlb olunmuş hər üç həmsədrə dəstəyini davam etdirəcəyini bildirib: “Biz yaxın keçmişdə münaqişənin qızışmasından narahat olmuşduq. Mənim baş katib kimi rolum Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılması üçün səy göstərən üç həmsədrinin işinə köməklik göstərməkdən ibarətdir”.

Daha çox göstər
Back to top button