Erməni-rus strateji əməkdaşlığı yüksək siyasi dialoqla fərqlənir: ER Prerzidenti
Ermənistan Respublikası Prezidenti Serj Sarkisyan noyabrın 21-də Ermənistan milli qalereyasında “Ermənistan-Rusiya: Əsrlərə əsaslanan dostluq” sərgi iştirakçılarını və qonaqlarını alqışladı. Bu haqda ER Prezidentinin administrasiyasının ictimaiyyət və informasiya vəsaitləri üzrə əlaqələr şöbəsindən məlumat veriblər.
“Əziz dostlar,
Ermənistan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr edilmiş arxiv materialların sərgisinin adı iki ölkənin strateji tərəfdaşlığının həqiqi səviyyəsini göstərir. Keçən 25 il ərzində erməni-rus münasibətləri, o cümlədən dövlətlərarası əməkdaşlığın bütün sahələri, ən yüksək səviyyəsinə çatıblar. Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək haqqında müqaviləsinin imzalanmasının 20-ci ildönümünü cari il avqust ayında qeyd etdik.
Erməni-rus starteji əməkdaşlığı yüksək siyasi dialoqla fərqlənir. Beynəlxalq alanlarda xarici siyasi kordinasiyasını inkişaf etdirməyə davam edirik. Birgə səyləri ilə müdafiə və hərbi-texniki sahələrdə uğurlu tərəfdaşlığı gücləndirməyə, ticarət-iqtisadi, energetik, nəqliyyat sektorlarında əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. İl-ilə bölgələrarası əlaqələrimiz güclənir, elm və təhsil sahələrdəki əməkdaşlıq genişlənir.
Önəmlidir ki, erməni-rus əməkdaşlığına milyonlarca insan, iş adamı, gənclər və ictimai qurumları daxil olunur. Bu yeni imkanlar və prespektivlər açır, müttəfiq tərəfdaşlığın güclənməsi üçün təməl yaradır.
Bu zəngin və maraqlı sərgini təşkil etmək üçün əməyi keçənlərə təşəkkür etmək istəyirəm”.