Siyasət

Lavrov: DQ münaqişəsinin nizamlanması üçün bütün elementlər mövcuddur

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün elementlər mövcudur. Bu haqda Yerevanda Rusiyanın Xİ naziri Sergey Lavrov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Bakı və Yerevanda prezidentlər Sarkisyan və Əliyev ilə keçirilmiş görüşlərdə hər hansı bir irəliləyiş olub olmamasına dair sualına Sergey Lavrov cavab olaraq deyib: “Bu elementlər 2007, 2009, 2011-ci illərdə həmsədrlərin təklifləri olaraq ATƏT-in katibinə təqdim olunmuş bir çox sənədlərə daxil olunmuşdur. Bunlar danışıqlar masasındadır. Bu elementlər bir paketdə formallaşdırılmışdır və bunlardan birini və ya digərini alaraq bunlara əsasən razılığa gəlməmiz çətindir. Bu halda da istədiyimiz nəticə yoxdur”.

“Hesab edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin Cenevrə görüşü barədə pozitiv formada danışması olduqca yaxşı faktordur”.

“Nizamlanmanın əldə olunması üçün şəraitin yaradılması istiqamətində aktiv şəkildə səylər göstərəcəyik. Lakin mən həddən artıq optimist bəyanat səsləndirmək istəməzdim. Olduqca çətin münaqişədir və danışıqlar zamanı əldə etdiyimiz təcrübə göstərir ki, danışıqlar tezliklə yekunlaşmayacaq”,-deyə Sergey Lavrov qeyd edib.

Daha çox göstər
Back to top button