Siyasət

Lavrov: Ticarət və iqtisadi əlaqələrində yaxşı tərəqqiyə nail olmuşuq

“İlk nöbədə erməni dostlarımıza qəbul üçün təşəkkür etmək istəyirik”,-deyə bu gün jurnalistlər ilə görüşdə Ermənistanda səfərdə olan Rusiya Xİ naziri Sergey Lavrov qeyd edib.

Lavrov bildirib ki, bu ildə birinci dəfə deyil ki, görüşürlər. “Biz Edvard Nalbandyanı və onun nümayəndə heyətini Moskvada qəbul etdik və biuzim bu qarşılıqlı rəsmi səfərlərimiz diplomatik əlaqələrin 25-ci və Qarşılıqlı yardım, əməkdaşlıq və dostluq müqavilənin imzalanmasının 20-ci il dönümünə həsr edilmirşdir. Biz təsdiq edirik ki, son 25 il ərzində münasibətlərimiz həqiqi ittifaq və strateji tərəfdaşlıq haliə gəlmişdir”.

RF Xİ nazirinin sözlərinə görə, bu gün ticari və iqtisadi əlaqələrdə yaxşı tərəqqiyə vardır.

“Cari ilin 8 ayında mal dövriyyəsi keçən ilin eyni dövrlə müqayisədə  təxminən 1/3 ilə artıb. Rusiya Ermənistan iqtisadiyyatında kapital qoyuluşları üzrə stabil şəkildə birinci yerdədir. İndi Ermənistanda təxminən iki min birgə müəssisə var. Qeyd etdik ki, yanacaq enerjisi sahəsində, o cümlədən Metsamor nüvə stansiyasının istismar müddətinin uzadılmasında əhəmiyyətli investisiya layihələri həyata keçirilir”,-deyə Lavrov bildirib.

Daha çox göstər
Back to top button