Siyasət

Nalbandyan: “Sargsyan və Əliyev dekabr görüşü ilə bağlı məlumat yoxdur”

Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri çoxdan aydındı, lakin Azərbaycan bununla bağlı danışmaq istəmir. Bu haqda ER Xİ naziri Edvard Nalbandyan bildirib.

ER Xİ naziri Edvard Nalbandyan bildirib ki, Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev arasında dekabr ayında keçirilicək görüşü barədə məlumatı yoxdur.

Nazir qeyd edib ki, danışıqlar prosesinə alternativ yoxdur. “Azərbaycanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, danışıqlar davam etməlidir”.

“Nizamlanma üçün əsas prinsiplər çoxdan aydındır. Azərbaycan deyir ki, danışıqlar əsas prinsiplər çərçivəsində olmalı. Biz isə, Xİ nazirləri arasında görüşlərdən heç vaxt imtina etmədik. Lazım olsa, müvafiq addımlar atılacaq və prezidentlər arasında görüş keçiriləcək”,-deyə Nalbamdyan qeyd edib.

Daha çox göstər
Back to top button