BaşlıcaSiyasət

Nalbandyan və Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasına xüsusi əhəmiyyət veriblər

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri simvolik bir məna daşıyır. Bu il iki ölkə arasında dimplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümünü qeyd edirik. Bu haqda jurnalistlərə müsahibəsində Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan qeyd etdi.

O qeyd etdi ki, bu gün Ermənistanın Milli Qalereyasında “Ermənistan-Rusiya dostluğu- əsrlər boyuncadavam edən”  mövzüsü ilə geniş miqyaslı sənədli sərgi açılır.

“Bu gün görüş zamanı ikitərəfli əlaqələrimizi müzakirə etdik, eləcə də bu il Ermənistan və Rusiya prezidentlərinin 3 görüş zamanı əldə edilmiş müqavilələrinin həyata keçirilməsinə toxunduq”- deyə Edvard Nalbandyan qeyd etdi.

Xarici işlər naziri vurğulayıb ki, rəsmi səfərlər, erməni və rus hökumətlərinin liderləri və parlament sədrlərinin görüşləri əlavə təkan aldı.

E. Nalbandyan vurğuylayıb ki, ikitərəfli ticarət dövriyyəsinin iqtisadi artımı qeydə alınıb.

“Görüş zamanı  regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə etdik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi əhəmiyyət verdik”- deyə ER xarici işlər naziri qeyd etdi. O vurğulayıb ki, danışıqlar tam anlayışla başa çatıb , bu isə müttəfiq ölkələr üçün təbiidir.

Daha çox göstər
Back to top button