BaşlıcaSiyasət

S.Lavrov: “RF DQ münaqişəsinin nizamlanması üçün şəraitlərin yaradılmasına yardım etməyi davam edəcək”

Ermənistan və Rusiyanın xarici işlər nazirləri Yerevanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə ediblər.
Bu haqda Ermənistanın və Rusiyanın xarici işlər nazirlərinin Yerevanda keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. “Biz erməni dostlarımızı bu mövzu ilə bağlı danışıqların məzmunu ilə tanış etdik, hansını ki, bizim nümayəndə heyətimiz iki gün öncə Bakıda keçirib” – deyə Lavrov bildirib.
O, əlavə edib ki, Rusiya necə ATƏT Minsk qrupunun həmsədrlik edən olaraq, ABŞ və Fransayla tərəflərə məsələnin nizamlanmasına yardım edən şəraitlər yaratmaq işində yardım göstərməyi davam edəcək.

Daha çox göstər
Back to top button