Təhlil

Aşotyan: Şərq Tərəfdaşlığı bəyannaməsinin mətnində milli maraqlarına uyğun formulaların omasını gözləyirik

Ermənistan tamamilə öz işini edib və bundan əlavə, gözləntilərə əsaslanaraq, Aİ tərəfdaşları da bu istiqamətdə müvafiq addımlar atmalı. Bunu Tert.am-ə müsahibəsində ER Parlamentinin Xarici Əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan bildirib.

“Parlamentin Xarici Əlaqələr üzrə daimi komissiyası, Avropa integrasiyası komissiyası ilə birlikdə dekabrın 1-də mövzu ilə bağlı parlamentdə dinləmələr təşkil edəcək. Bu dinləmələr siyasi avansdır və ER-nın avropalı tərəfdaşları bir daha da əmin olmaq istəyirlər ki, keçiriləcək zirvədə siyasi sənəd olan bəyannamədə Ermənistan öz milli və dövlət maraqlarına uyğun  formulaların omasını gözləyir. Artsax məsələsi bizim üçün axiomatik dominantlıqdır”,-deyə Armen Aşotyan qeyd edib.

Xatırlataq ki, bu günə qədər noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı zirvəsinin bəyannaməsində Artsaxla bağlı prinsiplərin formullarına dair bəzi qorxular səsləndirilir. Xüsusilə də, Kataloniya ilə olan hadisələrdən sonar Avropa ərazi bütövlüyünə dair qeydlər etmək niyyətindədir.

Rus ekspertlərin fikrincə, erməni tərəfi Avropa istiqamətində də yaxşı çalışır. Bəyannamədən ərazi bütövlüyü ilə bağlı formulların olub olmamasına dair sualına Armen Aşotyan cavab verib ki, “Düşünürəm ki, sənəd static deyil və təkliflərə açıqdır. Əmin olun ki, erməni diplomasiyası hər şey edir ki, sənəddəki formullar bizim dövlət maraqlarımıza və Aİ-dən gözləntilərimizə uyğun olsunlar”.

Daha çox göstər
Back to top button