Siyasət

Azərbaycan vətəndaşları dövlətə və banklara etibar etmir

Azərbaycan vətəndaşları əmanət yerləşdirməkdə Türkiyə banklarının Azərbaycandakı törəmələrinə -“Yapı Kredi Bank Azərbaycan” və “Ziraat Bank Azərbaycan”a daha çox etibar etməyə başlayıblar.

“Azadliq.info” saytına əsasən, bir sıra vətəndaşlar Türkiyə banklarını daha etibarlı hesab edirlər. Halbuki, illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz dərəcəsilə banklara yatırılan əmanətlər Azərbaycan dövləti tərəfindən 3 il müddətində tam sığortalanır.

Türkiyə banklarına üstünlük verənlər bildirirlər ki, fors-major hallarda belə, Türkiyə bankları onların pullarını qaytaracaqlar və əziyyət çəkməyəcəklər. Çünki bu banklar Türkiyədə böyük nüfuza və maliyyə imkanına malikdirlər.

Azərbaycanda Türkiyə banklarına əmanət axını artır. Tələb böyük olduğundan faizlər də aşağı düşür. Ziraat Bank Azərbaycan müddət sonunda faiz ödənişli standart əmanətin faizini 12 aylıq müddət üçün 9%-ə, Yapı Kredi Bank Azərbaycan isə 11%-ə salıb. Faiz ödənişləri aylıq olduqda bu nisbətlər daha da aşağı düşür.

Adətən etibarlılıq artdıqca faizlər aşağı düşür. Əmanət faizlərinin yüksək olması riskin də yüksək olmasına işarə ola bilir.

Daha çox göstər
Back to top button