BaşlıcaBeynəlxalq

Bako Sahakyan “Fransada Artsax günləri”nə həsr olunmuş təntənəli tədbirdə iştirak edib

Artsax Respublikasının Prezidenti Bako Sahakyan noyabrın 21-də Fransa Respublikasının Vilyorban şəhərinə gedərək orada “Fransada Artsax günlərinə” həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
Bu haqda Artsax Respublikası Prezidentinin iş heyəti üzrə baş informasiya idarəsindən bildirilib.

Öz sözündə Prezident Sahakyan qeyd edib ki,Fransa bizim üçün dost ölkədir.Fransa xalqı qardaş xalqdır və sonra əlavə edib ki, oşar anlayış əsrlərin dərinliklərindən gəlir və konkret nümunələrlə isbat olunur.

“Fransa yüz minlərlə ermənilərin ikinci vətəninə çevrildi.Orada özünü təsvir etmək, azad və firəvan həyatla yaşamaq üçün səmərəli şəraitlər yaradılıdı.Təsadüfi deyil ki, Fransa erməniləri müxtəlif sahələri əks edən məşhur şəxslər nümayiş edib.Onlar nəinki yalnız erməni həm də fransız və ümumdünya mədəniyyətini, elmini,idmanı və digər sahələri zənginləşdirib-deyə Artsax Respublikasınn Prezidenti bəyan edib.

Prezident “Artsax günləri”nin Vilyorbanda rəsmi açılışını simvolik adlandırıb ki, onun da böyük erməni icması və Artsaxla sıx əlaqəsi vardır.
Bako Sahakyan Artsaxa həsr olunan sərginin müəllifinə və təşkilatçılara ölkəmizi özünəxaslıqla nümayiş etdikləri üçün təşəkkür bildirərək əlavə edib ki, iş elə yüksək səviyyəylə yerinə yetirilib ki, tanış olmayan adama imkan verir Artsaxa, bizim təbiətə, tariximizə, mədəniyyətimizə, insanlara və onların daxili aləminə daha yaxından tanış olsun.

Tədbir zamanı Prezident Sahakyan “Minnətdarlıq” medalıyla Vilyorbanın şəhər meri Jan Pol Breti təltif etmiş və bütün şəxsi heyətə onların gördüyü iş üçün minntədarlıq bildirmişdir.
Ölkə rəhbəri inam bildirib ki, ikitərəfli münasibətlər vaxt ərzində yalnız və yalnız dərinləşrək daha da inkişaf edəcəkdir.

 

????????
????????
Daha çox göstər
Back to top button