Təhlil

E. Nalbandyan: Xristian icmaları və dini qrupların üzvlərinin müdafiəsi Ermənistanın əsas prioritetlərindəndir

Noyabrın 21-də Xİ naziri Edvard Nalbandyan Yerevanda  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Avstriya rəhbərliyinin “Xristianlar və dini digər qrupların üzvlərinə qarşı nifrət dolu cinayətlərin qarşısını alması və aradan qaldırılması: ATƏT-dən prespektivlər” adlı konfransında iştirak edib.

Tədbirdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru İ. Gisladotir, irqçilik, ksenofobiya və ayrı-seçkilik ilə mübarizə, Xristianlar və digər dini qruplarına qarşı dözümsüzlüyün qarşısnı alma məsələləri üzrə ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi İ. Gabriel də iştirak ediblər.

Tədbirdə ATƏT-in üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak edib. “Çox şadaq ki, Ermənistanda ATƏT-in konfransında iştirak edirik. Bu tədbir Ermənistan və ATƏT-in arasında əməkdaşlığın yüksək səviyyəsini göstərir. Konfransın əsas mövzusu müasirdir və xristianlar və digər dini qrupların üzvlərinə qarşı müasir təhdidlərinə reaksiya verməyə imkan verir.

ATƏT-ində  xristianlar, yəhudilər və müsəlmanlara qarşı irqçilik, ksenofobiya, ayrı-seçkilik, antisemitizm və dözümsüzlüklə mübarizə aparmaq və nifrət təbliğatına reaksiya vermək öhdəlikləri formallaşıb. Üzv dövlətləri arasında sülh, sabitlik və təhlükəsizliyi təmin etmək üçün qarşılıqlı əməkdaşlıq var.

Beləliklə də, üzv ölkələrin xristian və digər dini qrupların nümayəndələrini müdafə etmək üçün addımlar atma məsələsində ATƏT-in səmərəli mexanizmləri və təcrübəsin olması zamanı gəldi. Xristian icmaları və diər dini qrupların üzvlərinin müdafiəsi Ermənistanın əsas prioritetlərindəndir”,-deyə Nalbandyan qeyd edib.

Daha çox göstər
Back to top button