Mədəniyyət

Rus kosmonavtı kosmosdan çəkilmiş Sevan gölünün fotoşəkillərini dərc edib

Rus kosmanavt-pilotu, RF qəhrəmanı Sergey Ryazanski öz feysbuk səhifəsində Beynəlxalq kosmos stansiyasından çəkilmiş Ermənistanın fotoşəkillərini dərc edib.

Bu dəfə çəkilmiş fotoşəkildə  Sevan gölü də təsvir olunub.

“Sevan gölü Ermənistanda və Qafqaz regionunda ən böyük su ərazisidir. O həmçinin Avrasiyada ən yüksək və ən iri şirin su olan göldür. Sevan gölü Geğarkunik vilayətindədir, dəniz səviyyəsindən 1900m yüksəklikdədir”- deyə kosmonavt yazıb.

O, daha öncə kosmosdan çəkilmiş Yerevan şəhərinin fotoşəkillərini də dərc edib.”Yerevan digər şəhərlər kimi deyildir. Burada insanlar tələsmir, şəhər öz mülayim tempiylə hərəkət edir. Yerevanın simvollarından biri olan Kaskad isə, ölkənin sərhədlərindən kənarda da çox məşhurdur”- deyə o, yazıb.

Daha çox göstər
Back to top button