Beynəlxalq

Amerikalı bloggerun müşahidələri: “ Oxşar olay yalnız Yerevanda ola bilər”

“Yalnız Yerevanda” məqaləsində amerikalı blogger erməni paytaxtının  eksklyuzivliyi barədə düşünür.

O, Yerevan şəhəri və yerevanlılar barədə öz təssüratlarını “Azbarez.com”-a təqdim edib.

“Özgə harada siz müxtəlif insanlara və səkilərdə bir-birini itələyən turistlərə, öz uşaqlarıyla gəzişən  gənc valideynlərə rast gələ bilərsiniz?. Sanki axşam yenicə başlayıb və çox danışan yeniyetmələr, havanı öz gülüşüylə doldurmaqla əl-ələ tutaraq gəzişir. Əgər Opera teatrının yanındakı meydanda olsanız, elektron maşınlarıyla məmnuniyyətlə dövr edən uşaqları görərsiniz.  Belə hallar yalnız Yerevanda ola bilər”- deyə o qeyd edir.

Ona əsasən, Yerevanın digər bir xüsusiyyəti gecə gec saatlara qədər fəaliyyət göstərən kafe və restoranların sayıdır.

Onun sözlərincə bunların çiçəklənmə dövrü 1991-ci ildə müstəqilliyin bərpa edilməsindən sonra başlayır.

“Mən həmişə düşünürdüm ki, burada neçə kafe var… Kaskad gəzmək üçün məşhur yerdir. O İncəsənət mərkəzinə qoşulur. Şəhərin   bu bölgəsində  bir sıra restoranlar var. Mən onları saymaq istədim. 15 dəqiqə gəzdikdən sonra mən 25 kafe, bar və restoran saydım.  Onlardan bir hissəsi artıq çox illərdir ki, fəaliyyət göstərir, bir hissəsi isə yeni açılıb”- deyə o, qeyd edir.

Gecə Yerevanda gəzərkən  bloger ermənilərin xarakteri barədə bir neçə kəlmə deyib.

“Evə gedərkən  ərzaq almaq üçün 24 saatlıq supermarketə girdim. Gecə yarısından keçməsinə baxmayaraq, kassada uzun bir növbə var idi.

Amma mən təcrüblənmədim, çünki Yerevanda gecədən  keçənə  qədər həyat davam edir.  Supermarketdə iki kassa çalışır və növbədə gözləyən insanlar  şikayət edirdi. Ermənilər  Şimalda yaşayan avropalılar kimi   həssas deyil və öz narazılığını ifadə etməkdən çəkinmirlər”-deyə bloger qeyd edib.

O, xüsusiylə erməni paytaxtının təhlükəsiz olduğunu bəyan  edib.

Daha çox göstər
Back to top button