Azərbaycanın Avropa Şurasına üzvlüyünün dayandırılması məsələsi qaldırıla bilər
Bildiyimiz kimi, Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib və bu proses Azərbaycanın üzvlüyünün dayandırılması ilə nəticələndirə bilər. Ermənistanın Avropa Şurası Daimi Nümayəndəsi, səfir Paruyr Hovhannisyan “Panorama.am”-ə müsahibəsində Azərbaycan üzvlüyünün dayandırılması ehtimalını qiymətləndirib.
O qeyd edib ki, bu proses 2015-ci il dekabrında başlanmışdı. O vaxt AŞ Baş katibi T. Yaqlandın təşəbbüsü ilə Azərabycan tərəfindən İlqar Məmmədovu azad etmə qərarın yerinə yeritməməsi ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsi ilə istintaq prosesi baştmışdı.
“Artıq iki ildir ki, “İlqar Məmmədov Azərbaycana qarşı” hökmünün yerinə yetirilmə məsələsi Nazirlər Komitəsinin bütün görüşlər gündəminə daxil olunmuşdur. Nə AŞ çağırışları, nə də Nazirlər Komitəsinin müzakirələri nəticə vermədilər. İnsan Hüquqları Konvensiyasına qarşı göstərilən bu cür hörmətsizlik ilə bağlı Nazirlər Komitəsi oktyabrın 25-də Azərbaycan hakimiyyətlərinə rəsmi olaraq xəbərdarlıq göndərib, ki hökümün yerinə yetirilməmə məsələsi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunacaq.
Bu, Konvensiyanın tarixdə ilk dəfə tətbiq olunan 46.4-cü maddəsi ilə nəzərdə tutulur. Maddəyə görə, əgər AŞ üzvü olan dövlət Konvensiya çərçivəsində üzrərinə götürdüyü öhdəliklərini yerinə yetirmirsə, yəni məhkəmə qərarını həyata keçirmirsə, Nazirlər Komitəsi məhkəməyə müraciyyət göndərə bilər. Məhkəmə Konvensiyanın pozulub pozulmamasını araşdıracaq. Əgər pozuntu qeyd olunursa, məsələ qərar almaq üçün Nazirlər Komitəsinə göndəriləcək.
Azərbaycana bu qərara münasibətinin bildirmək üçün noyabrın 29-dək möhlət verilib. Əgər bu müddətdə Azərbaycan İlqar Məmmədovu azad etməsə, NK-i cənab Məmmədovun işinin icra olunmamasına dair məhkəməyə müraciətini dekabrın 5-də müzakirə edəcək. Bu baxımdan müxtəlif ssenarilər ola bilər və onlardan ən radikal həlli Azərbaycanın Avropa Şurasına üzvlüyünün dayandırılma məsələsi ola bilər”,-deyə səfir qeyd edib.