Ekonomika

Böhran nəticəsində Azərbaycan bank sektorunda 14 min nəfər iş yerini itirib

Azərbaycanda iqtisadi böhran nəticəsində son illər bank sektorunda 14 min nəfər iş yerini itirib.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

Bundan başqa, o, bildirib ki, banklar daxili işçi heyətinə lazımi dəyər vermir və menecer kimi kənardan işçi qüvvəsi cəlb edirlər: “Halbuki, istedadları müəyyən etmək, daxildən gələcək menecerlər yetişdirmək lazımdır. Kənardan işçi cəlb etmək demotivasiyaya səbəb olur, buna görə də daxili təhsil potensialını inkişaf etdirmək lazımdır”.

Daha çox göstər
Back to top button