İctimaiyyət

Ilin sonuna qədər Talışa ilk ailələr qayıdacaq

İlin sonuna qədər Mardakert rayonunun Talış kəndində ilk 17 yaşayış evi tam istifadəyə veriləcək. Burada aprel müharibəsindən sonra kəndə qayıtmaq istəyən ilk sakinlər həmişəlik yaşayacaq. Bu barədə “Artsaxpress”-in müxbiriylə söhbətində AR Şəhərsalma naziri Karen Şahramanyan deyib.

AR Şəhərsalma nazirinin sözlərincə inşaat işlərinin növbəti mərhələsində 10 yeni ev tikiləcək. Bunlardan 2-si artıq qedişatdədir. K. Şahramanyan qeyd edib ki, Talış kəndində tikilmiş bütün ictimai binalar sığınacaqlarla təmin edilir. Bu sığınacaqlar yaxınlıqdakı evlərin sakinləri üçün xidmət edə bilər. Dövlət vəsaitləri ilə yanaşı Talışın bərpaetmə proqramlarında “Ermənistan” Ümumerməni Fondu da aktiv şəkildə fəaliyyət göstərir. Fonddan 900 mln dram ayrılır. Bu vəsaitlərlə kənddə inşaat işləri daha intesiv olub.

Daha çox göstər
Back to top button