Siyasət

Avropa Xalq Partiyası DQ məsələsində Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir: Sammitində bəyannamə qəbul olunub

Avropa Xalq Partiyası (AXP) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dıstəkləyir. Bu haqda noyabrın 23-də Brüsseldə keçirilmiş AXP sammiti nəticələri ilə qəbul olunmuş bəyannamədə deyilir.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq normalara və prinsiplərə, xüsusilə  güc və gücün təhdidinin tətbiq olunmamasına, ərazi bütövlüyü və bərabər hüquqlara, habelə xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanan səylərini dəstəkləyirik. Biz münaqişə tərəflərini 1994-1995-ci illərdə atəşkəs haqqında olan razılaşmalara hörmət göstərərk atəşkəs rejimə sabiq qalmağa, inamın bərpa olunması üçün səy göstərməyə, təmas xəttində gərginliyi azaltmağa, Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilmiş sammitlərdə əldə edilmiş razılaşmaları həyata keçirməyə çağırırıq”,-deyə qəbul olunmuş bəyannamədə qeyd olunur.

Sammitdə iştirak edən Ermənistan nümayəndə heyəti bəyannaməni  rezervasyonlarla qəbul etdi.

Daha çox göstər
Back to top button