Siyasət

Azərbaycan MN təmas xəttində azərbaycanlı hərbçinin meyitinin aşkarlandığına dair məlumatı təsdiq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığına dair Ermənistan MN-nın yaydığı məlumatı təsdiq edib.

Azərbaycan MN bəyanatında deyilir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti aşkarlanıb.  Qeyd olunur ki, azərbaycanlı əsgər hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edib.

Azərbaycanda açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycan ilə dövlət sərhədinin cənubi-qərb istiqamətində yerləşən “neytral zonada” Azərbaycan ordusunun hərbi qulluqçusunun meyiti tapmışdılar. Ermənistan Müdafiə Nazirliyinin əldə etdiyi operativ kəşfiyyat məlumatlarına görə, mərhum əsgər Azərbaycan silahlı qüvvələrinin kapitan, bölük komandiri olub. Həmçinin qeyd olunur ki, ölən hərbi qulluqçu öz hərbi hissədə baş vermiş cinayətdən sonra qaçıb.

Ermənistan MN Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə meyitini Azərbaycan tərəfinə qaytarmağa hazır olduğunu bəyan edir.

Daha çox göstər
Back to top button