ER Prezidenti Belçika Baş naziri Şarl Mişel ilə görüşüb
İşgüzar səfəri ilə Belçika Krallığında olan ER Prezidenti Serj Sarkisyan Baş nazir Şarl Mişel ilə görüşüb. Prezident Sarkisyan qeyd edib ki, Ermənistan Ermənistan-Belçika dialoqu aktivləşdirərək dost Belçika ilə əməkdaşlığı genişləməkdə maraqlıdır.
Serj Sarkisyan Ermənistan-Aİ əlaqələrinə dair deyib ki, əməkdaşlıq üzrə sazişin imzalanması ikitərəfli münasibətlərdə yeni səhifə açacaq və Avropa İttifaqı və üzv dövlətləri, o cümlədən Belçika ilə əlaqələrin derinləşməsi üçün yeni imkanlar yaradacaq.
Görüş zamanı Prezident Sarkisyan qeyd edib ki, Belçikanın Ermənistan üçün xüsusi əhəmiyyəti var, çünki Belçika Soyqırımdan sağ qalan soydaşlarımıza sığınacaq verən ölkələrdəndir. Prezident Baş nazir Şarl Mişelə 2015-ci il iyunun 18-də etdiyi bəyanatı üçün erməni xalqının minnətdarlığını çatdırıb. Onun bəyanatından sonra, lyulun 23-də Nümayəndələr Palatası Erməni Soyqırımını tanıyan qətnamə qəbul edib və bütün Belçika tərəfindən Erməni Soyqırımının tanınma prosesi başlayıb. Belçika Senatı hələ 1998-ci ildə Erməni Soyqırımını tanıyan qətnamə qəbul etmişdi.
Serj Sarkisyan və Şarl Mişel Ermənistan-Belçika ticarət və iqtisadi əlaqələrini və bir sıra sahələrdə olan əməkdaşlığı barədə məsələləri müzakirə ediblər. Dövlət başçısı ölkədə yaradılan əlverişli investisiya mühitini nəzərə alaraq ER-da Belçika şirkətlərinin də iş imkanı olduğunu qeyd edib.