Siyasət

RF Ermənistan-Aİ sazişinin imzalanmasına hörmətlə yanaşır

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Avropa İttifaqı ilə saziş imzalamağa hazırlaşmasına münasibət bildirib.

Mariya Zaxarova Rusiyanın müxtəlif dövlətlər, o cümlədən Ermənistanla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirdiyini deyib: “Bununla yanaşı, biz başa düşürük ki, hər ölkənin özünün xarici siyasət maraqları, məqsədləri, vəzifələri var və buna da hörmətlə yanaşırıq”.

Zaxarova həmçinin qeyd edib ki, RF rəsmi Yerevan ilə bir sıra xarici siyasi tədbirlər həyata keçirmişdir. “Aramızda xarici işlər nazirlikləri səviyyəsində görüşlər keçirilmiş və bu görüşlərdə bir çox məsələlər müzakirə olunmuşdur, müvafiq sərgilər və bəyanatlar olmuşdur”.

Eyni zamanda, hər ölkənin özünün xarici siyasət maraqları, məqsədləri, vəzifələri var”,-deyə Mariya Zaxarova qeyd edib.

Daha çox göstər
Back to top button