Siyasət

Volinkin: “Ümid edirik ki, Ermənistan Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq köprü ola bilər”

Ermənistan suveren ölkədir və daha əvvəlki öhdəliklərinə zidd olmayan hər hansı bir müqavilə və ya birliyinə qoşulmaq hüququ var. Bu haqda “Arminfo”ya müsahibəsində Ermənistanda Rusiyanın səfiri İvan Volnikin Ermənistan-Aİ sazişinə toxunaraq bildirb.

O qeyd etdi ki, Ermənistanın təhlükəsizliyini təmin etməsində Aİ Rusiyanı əvəz edə bilməz, çünki  Aİ  NATO-dan asılıdrı.

“Sazişin mətnində qeyd edilir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi da daxil olmaqla digər təşkilatlara qarşısında götürdüyü öhdəliklərə zidd deyildir”- deyə səfir qeyd etdi.

Ermənisatnın Aİ-AİI arasında əməkdaşlıq köprü olub-olmaması  barədə suala cavab olaraq Volinkin qeyd etdi ki,  Şərq və Qərb yollarının kəsişməsində Ermənistan  unikal geosiyasi mövqəyə malikdir.

“Bir tərəfdən Rusiya ilə ittifaq  münasibətlərin qurulması, digər tərəfdən beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərin inkişaf etdirilməsi normaldır”- deyə o qeyd etdi.

Səfir ümid etdi ki, “və,və” qətnamə Qərbin daha əvvəlki “və ya,və ya” yanaşmasını əvəz edə biləcək və Ermənistan Aİ-Aİİ arasına əməkdaşlıq köprü ola bilər.

Daha çox göstər
Back to top button