Siyasət

E. Nalbandyan: “Aİ ilə sazişi siyasi dialoqlar və iqtisadi əməkdaşlıq üçün möhkəm təməllər yaradır”

Hərtərəfli və gənişləndirmə  əməkdaşlıq haqqında sazişi Ermənistan-Avropa İttifaqı  ikitərəfli münasibətləri üçün yeni səhifə açır. Bu haqda Brüsseldə sazişin imza mərasimindən sonra ER xarici işlər naziri bildirib.

“Ermənistan Respublikası və Avropa ittifaqı arasında Hərtərfli və genişləndirmə əməkdaşlıq hakkında sazişin imzalanması bu sammitin əsas nailiyyətlərindən biri olub.  Bu əhatəli və iddialı saziş bizim birgə nailiyyətimizdir, bu isə Ermənistan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açır. Bu saziş siyasi dialoqlar, iqtisadi və sektoral əməkdaşlığın genişləndirilməsi,ticarət və investisiyalar üçün yeni imkanalrın yaradılması və vətəndaşlarımızın maraqları baxımından hərəkətliliyinin artırılması üçün  güclü hüquqi əsasdır”- deyə Nalbandyan qeyd etdi.

Nalbandyanın sözlərinə görə, saziş demokratik qurumlar, insan hüquqları və qanun aliliyinin gücləndirilməsi istiqamətində Ermənistanda keçirilən islahatlar üçün  yeni təkan olacaq.

“Çox əhəmiyyətlidir ki, saziş Avropa Birliyinin öhdəliyi  ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə qüvvət və ya qüvvət təhlükəsizliyi, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü prinsiplərinə əsaslanan səylərinin və yanaşmalarının dəstəklənməsi  təsdiqləyir”- deyə ER xarici işlər naziri vurğulayıb.

Daha çox göstər
Back to top button