Siyasət

Yunker: “Ermənistan ilə sazişin imzalanması Aİ tərəfindən əməkdaşlığa hazır olduğunu göstərir”

Ermənistan ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında sazişin imzalanması Avropa İttifaqının əməkdaşlığa hazır olduğunu göstərir.

Bu haqda Aİ Şərq Tərəfdaşlığı sammitindən sonra keçiridiyi mətbuat konfransı zamanı  Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ermənistanda qeyd olunan irəliyəşi vurğulayaraq bildirib.

“Mən “Şərq tərəfdaşlığı”nın bütün sammitlərində iştirak etdim, bu ilk  dəfədir ki, liderlər açıq və birbaşa danışıblar. İki il öncə Rigada keçirilmiş sammiti ilə müqayisədə irəliləyişləri görə bilərik. Söz Ermənistanda qeyd alınan irləliyəşlər və nailiyyətlər haqqındadır, bu isə sabit iş,təhsil və güclü iqtisadiyyat dəməkdir”- deyə Yunker qeyd etdi.

Onun sözlərinə görə, son iki il ərzində sayəmizdə  region daha sabit halına gəldi, bütün tərəflər razıdırlar ki, sabitlik evdə başlanmalıdır.

“Avropa İttifaqı bu məsələdə faydalı ola bilər, lakin sabitlik evdə başlanmalıdır. İnsanların təhsili, işi olmalıdır və onlar güclü iqtisadiyyatda yaşamalıdır”- deyə Yunker qeyd etdi.

O vurğulayıb ki, Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı məhz bu məsələyə dikkət yetirir. Onun fikirincə 2009-cı ildə bəri regiondakı ölkələrə1.5 milyard dollar yardım göstərmişdir.

Daha çox göstər
Back to top button