BaşlıcaBeynəlxalq

Yunqer: “Ermənistan ilə müqavilənin imzalanması AB tərəfindən əməkdaşlığa hazır olmaq barədə danışır”

 

Ermənistanla olan razılaşmanın imzalanması AB—i tərəfindən  əməkdaşlığa hazır olduğunu göstərir.

Bu haqda AB-nin zirvə toplantısından sonra təşkil etdiyi mətbuat konfransında Avropa Komissiyasının sədri Jan Klod Yunker  Ermənistanın qeyd etdiiyi irəliləyişi vurğulayaraq bildirib.
“Mən bütün Şərq Tərəfdaşlığı sammitlərində də  iştirak etmişəm və bu birinci dəfə deyil ki, liderlər açıq-açığına və bir başa danışırlar. Biz iki il əvvəl Riqada baş tutan zirvə ilə müqayisədə irəliləyiş əldə olunmaları hiss edə bilərik.

Söz həmçinin Ermənistanda qeyd olunan irəliləyiş və əldə olunmalar barədədir ki, o da sabit iş, təhsil və  güclü iqtisadiyyat deməkdir”-deyə Yunker bəyan edib..

Onun sözlərinə görə, son iki illər ərzində biz regionu daha sabit vəziyyətə gətirdik və bütün tərəflər də bizimlə razılaşır ki, stabillik evdən başlanır.

“Yəni Avropa Birliyi o məsələdə faydalı ola bilər, bununla belə  sabitlik evdən başlanmalıdır. İnsanların təhsili və işi olmalıdır və güclü iqtisadiyyat şəraitlərində  yaşamalıdır“ -deyərək Yunker qeyd etdi.

O, vurğuladı ki, Avropa Birliyinin  yardımı həmin ölkələrə məhz həmin ölkələr üzərində  cəmlənməsidir. Ona əsasən 2009-cu ildən başlayaraq AB-i region ölkələrinə 1,5 milyard avro ayırıb.

 

 

 

 

 

 

 

 

Daha çox göstər
Back to top button