Svitalski: Ermənistan yeni dəyişikliklərə şahid olacaq
Aİ və Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanması ölkədə korrupsiyaya qarşı mübarizədə yeni dəyişikliklər gətirəcək. Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin sədri Pyotr Svitalski bildirib.
“Son aylarda Ermənistan korrupsiyaya qarşı mübarizədə, qanunvericilik sahəsində və məhkəmə sistemində bir sıra əhəmiyyətli addımlar atıb. Bütün bunlar Ermənistan tərəfindən aparılan təşəbbüslərin və addımların nümunəsidir. Aİ Ermənistan tərəfindən həyata keçirilən bütün bu addımları alqışlayır”,-deyə Svitalski qeyd edib.
Aİ səfirinin sözlərinə görə, Ermənistan yeni bir dövrə girir və bu dövrdə bütün qanunvericilik və məhkəmə islahatları yoxlanacaqdır. “Biz Ermənistanda bir sıra sahələrdə dəyişikliklərə şahid olacağıq. Avropa İttifaqı Aİ-Ermənistan sazişin imzalanmasında böyük dəstək görür. Bütün maraqlı olanlar, ER Hökuməti və ictimaiyyəti korupssiyaya qarşı mübarizədə yeni dəyişiklikləri gösrəcəklər”.